Modern.az

Dini Komitədə müşavirə keçirilib

Dini Komitədə müşavirə keçirilib

2 Avqust 2017, 16:06

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.

 

DQİDK-dən Modern.az-a verilən xəbərə görə, müşavirədə komitənin sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

 

 

Tədbirdə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan DQİDK-nın sədri Mübariz Qurbanlı xalqı vahid ideologiya-Azərbaycançılıq ətrafında birləşdirən amillərin onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dini olduğunu bildirib.

 

O, xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib. “İslam Həmrəyliyi ili” ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən komitə sədri prezident İlham Əliyevin sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin müvafiq qurumlarla gördüyü işlər, planlaşdırdığı tədbirlər və qarşıda duran vəzifələrindən danışıb.

 

Gündəliyə uyğun olaraq, Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva və Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədovun hesabat məruzələri dinlənilib. Məruzələrdə Dövlət Komitəsinin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması işinin təşkili, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi tərəfindən həyata keçirilən tədbirlər, bölgədəki dini durum haqqında məlumat verilib.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi