Modern.az

Türkiyə ordusunun quru, dəniz və hava qüvvələrinə yeni komandanlar təyin olunub

Türkiyə ordusunun quru, dəniz və hava qüvvələrinə yeni komandanlar təyin olunub

Aktual

2 Avqust 2017, 17:14

Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və hava qüvvələrinin komandanları dəyişdirilib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ankarada Ali Hərbi Şuranın toplantısı keçirilib. Toplantıda qoşun növlərinin komandalarının dəyişdirilməsi məsələsinə baxılıb.

Generallar - Yaşar Gülər Quru Qüvvələri komandanı, Hasan Küçükyıldız Hava Qüvvələri komandanı, admiral Adnan Özbal isə Dəniz Qüvvələri komandanı təyin olunub.

Qaydalara uyğun olaraq, Yaşar Gülər hazırkı Baş Qərargah rəisi Hulusi Akar təqaüdə çıxdıqdan sonra onun yerini tutacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı