Modern.az

Eurovision qaydaları dəyişib

“Eurovision” qaydaları dəyişib

2 Avqust 2017, 17:56

Avropa Yayım Şurası Eurovision mahnı müsabiqəsində iştirak qaydalarını dəyişib. Buna səbəb builki yarışmada rusiyalı müğənni Yuliya Samoylovanın Ukraynaya buraxılmaması olub. Dəyişiklik barədə müsabiqənin məlumat portalı Esctoday məlumat yayıb.

Bundan sonra müsabiqənin keçirildiyi ölkənin ərazisinə buraxılmasında potensial qadağası olanlar Eurovisionda iştirak edə və ya nümayəndə heyətinin üzvü ola bilməzlər.

2017-ci ilin yazında Ukrayna hakimiyyəti rusiyalı müğənni Yuliya Samoylovanı öz ölkələrinə buraxmayıb və onun bu ölkəyə girişinə növbəti iki ildə də qadağa qoyublar. Əsas kimi də o göstərilib ki, Samoilova Rusiyadan keçməklə ilhaq olunmuş Krıma gedib. Ukraynada bu, qanunvericiliyin pozulmasıdır. Rusiya isə öz növbəsində builki müsabiqədə iştirak etməkdən və onu özünün birinci kanalında yayımlamaqdan imtina edib.

Yayım Şurası həm də münsiflər heyətinin seçilməsi ilə bağlı tələbləri sərtləşdirib. Müsabiqədə oxunan mahnılarla hər hansı əlaqəsi olan şəxslərin münsiflər heyətinə salınması qadağan olunub. Təşkilatçılar bir daha vurğulayıblar ki, müsabiqədə siyasət və təbliğat yolverilməzdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir