Modern.az

Avtomobil qəzasına düşmüş vəzifəli şəxs vəfat edib

Avtomobil qəzasına düşmüş vəzifəli şəxs vəfat edib

Aktual

3 Avqust 2017, 10:34

Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Daşkəsən rayon şöbəsinin müdiri dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, iyun ayının 18-də Gəncə-Daşkəsən avtomobil yolunda idarə etdiyi "Hyundai" markalı avtomobillə avtomobil qəzasına düşən, 1956-cı il təvəllüdlü Firuddin Əli oğlu Cəfərli aldığı xəsarətlərdən bu gün vəfat edib.

Xatırladaq ki, F.Cəfərlinin idarə etdiyi avtomobil Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin xidməti maşını olan "NİVA" markalı avtomobillə toqquşub. Qəzaya isə bir müddət əvvəl ürəyindən əməliyyat olunan F.Cəfərlinin sükan arxasında infarkt keçirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə