Modern.az

Vaqif Əsədovdan milyonçunun maşınının 290 dəfə radara düşməsi xəbərinə REAKSİYA  

Vaqif Əsədovdan milyonçunun maşınının 290 dəfə radara düşməsi xəbərinə REAKSİYA   

3 Avqust 2017, 13:30

Mətbuat Bakıdakı "İSR” Şirkətlər Qrupunun rəhbəri, milyonçu İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı "Mercedes S Class" markalı avtomobilin 290 dəfə radara düşdüyü və müxtəlif qayda pozuntularına görə elektron protokollarda yazılan cərimələri ödəməkdən yayındığı barədə xəbər yayıb.  Xəbərdə milyonçu iş adamının təxminən 10 min manata yaxın cəriməni ödəməkdən boyun qaçırdığı və avtomobil Aeroport yolunda hərəkətdə olarkən ödənilməyən cərimələrə görə DYP əməkdaşları tərəfindən "saxla" işarəsi verildiyi bildirilib. O da bildirilir ki, iş adamı polisin qanuni tələbini yerinə yetirməyərək, hərəkəti davam etdirib və maşını saxlamaq mümkün olmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Modern.az-a açıqlamasında, belə hadisənin olmadığını deyib.

“90-AA-306 dövlət nömrə nişanlı avtomobilin qayda pozması ilə bağlı heç bir məlumat daxil olmayıb.  Bu barədə bizdə heç bir qeydiyyat aparılmayıb. Jurnalistlər yazı yazılarkən araşdırma aparmırlar, bu da bir çox problemlərin ortaya çıxmasına səbəb olur. Ona görə də tövsiyə edərdik ki, araşdırma aparılsın”.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu barədə məlumat verilmədiyini deyib.

“Hüquqi və fiziki şəxslər barədə onların icazəsi olmadan məlumat vermək qanunla qadağan edilir”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?