Modern.az

Lənkəranın ucqar dağ kəndinə içməli su xətti çəkildi

Lənkəranın ucqar dağ kəndinə içməli su xətti çəkildi

Aktual

4 Avqust 2017, 13:48

Bu layihə Yaponiya hökumətinin dəstəyi və Qlobal QHT-nin əməkdaşlığı ilə həyata keçirilib. Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri TeruyukiKatori Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qəbulunda olub, Yaponiya – Azərbaycan əlaqələrindən və onun prespektivlərindən geniş söhbət açıb.

 

 

Modern.az xəbər verir ki, müzakirənin əsas mövzusuna möhtərəm prezident İlham Əliyev cənablarının qeyri neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr prizmasından baxılıb. Qeyd edilir ki, Lənkəranda son illər çayçılığın və çəltikçiliyininkişafına xüsusi diqqət yetirilir. Yaponiya səfiri TeruyukiKatori qeyd etmişdir ki, ölkəsində hər iki istiqamətdə müasir texnika və texnologiyalar tətbiq olunur.

 

Söhbətin yekununda bu sahədə əməkdaşlığın gələcək perspektivlərinin təməli qoyulub.

 

Sonra Günəhir kənd sakinləri su xəttinin açılışına həsr olunmuş toplantıda iştirak etmişlər. Çıxış edən kənd ağsaqqallar, ziyalılar, Qlobal QHT-nin prezidenti İlham Tahirli, Yaponiya səfiri TeruyukiKatori bu layihənin ərsəyə gəlmə prosesindən və əhali üçün gözlənilən faydalarından söz açıblar.

 

Milli Məclisin deputatı Hadi Rəcəbli qeyd etmişdir ki, möhtərəm prezident İlham Əliyev cənablarının tapşırıqları və köməkliyi ilə ucqar kəndlərə qayğı və diqqət bundan sonra da, davam edəcək.Bu dağ kəndinə müasir standartlara cavab verən yolun çəkilişinin, sosial obyektlərin təmirinin başa çatmasını xüsusi qeyd edib. O qeyd etdib ki, təkcə bu xəttin istifadəyə verilməsi hesabına iki minə qədər əhalisi olan bu kənddə 370 ailənin su təchizati artıq təmin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!