Modern.az

Azərbaycan nümayəndə heyəti Ruhaninin andiçməsində iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Ruhaninin andiçməsində iştirak edəcək

Aktual

4 Avqust 2017, 16:54

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti avqustun 5-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olacaq.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, səfər zamanı Milli Məclisin Sədri və onu müşayiət edən şəxslər İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcəklər.

 

O.Əsədovun tədbirə qatılan nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə