Modern.az

Tovuzda hamilə qadın ölüb

Tovuzda hamilə qadın ölüb

Aktual

5 Avqust 2017, 19:41

Tovuzda hamilə qadın ölüb. Modern.az APA-ya istinadən xəbər verir ki, Ağstafa rayonu, Tatlı kənd sakini, 32 yaşlı Şəlalə Qasımova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, ölümə səbəb 7 aylıq hamilə olan Ş. Qasımovanın bətnində uşağın ölməsi nəticəsində qanaxmanın baş verməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə