Modern.az

2 gün öncə Kürdə batmış şəxsin cəsədi tapılıb

2 gün öncə Kürdə batmış şəxsin cəsədi tapılıb

Aktual

8 Avqust 2017, 10:34

Avqustun 6-da Kürdə batmış şəxsin cəsədi bu gün səhər saatlarında tapılıb.

FHN-dən Modern.az-a verilən məlumata görə, Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən qəsəbəsindən keçən hissəsində batmış, 1996-cı il təvəllüdlü Babayev Fayaz Haqverdi oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:00-da başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi