Modern.az

Bakıda mikroavtobus aşıb, xəsarət alanlar var

Bakıda mikroavtobus aşıb, xəsarət alanlar var

Aktual

8 Avqust 2017, 18:42

Bakıda mikroavtobus aşıb.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb.  Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir.

 

3 saylı şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır.

 

Faktla bağlı araşdırma aparılır.  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR