Modern.az

Tovuzda iki uşaq anası intihara cəhd etdi

Tovuzda iki uşaq anası intihara cəhd etdi

10 Avqust 2017, 00:02

Tovuz rayonunda yerli sakin sirkə turşusu içərək intihara cəhd edib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədova Şəhanə Nəsrəddin qızı yaşadığı evdə sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən qadının intihara cəhd etdiyi bildirilir. Qeyd edək ki, Ş.Əhmədovanın iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır