Modern.az

İcra başçısına yeni xanım müavin təyin olundu

İcra başçısına yeni xanım müavin təyin olundu

Aktual

10 Avqust 2017, 10:13

Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Rəna Fərəcova təyin edilib.

Qeyd edək ki, R.Fərəcova Arzu Məmmədovanın yerinə təyin olunub. A.Məmmədova icra hakimiyyəti başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunub və bir müddət əvvəl həmin vəzifədən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü