Modern.az

Müdafiə Nazirliyi məlumat yaydı  - “Dəniz kuboku - 2017”-nin  son epizodu başa çatıb – VİDEO

Müdafiə Nazirliyi məlumat yaydı  - “Dəniz kuboku - 2017”-nin  son epizodu başa çatıb – VİDEO

10 Avqust 2017, 10:59

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər.

 

Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışlarda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.

 

Beynəlxalq hakimlər briqadasının yekdil qərarı ilə tapşırığı 14 dəqiqə 26 saniyəyə yerinə yetirən Azərbaycan hərbi dənizçiləri epizodun qalibi elan edilib.

 

İkinci yerə İran, üçüncü yerə Qazaxıstan və dördüncü yerə Rusiya hərbi dənizçiləri layiq görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?