Modern.az

Baba və nəvəni maşın vurdu - uşaq öldü  

Baba və nəvəni maşın vurdu - uşaq öldü   

10 Avqust 2017, 12:06

Abşeron rayonunda baba və nəvəni maşın vurub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

 

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı