Modern.az

Qırmızı Xaç Dilqəm Əsəgorova hansı şəraiti yaradır...  

Qırmızı Xaç Dilqəm Əsəgorova hansı şəraiti yaradır...   

Aktual

10 Avqust 2017, 12:12

4 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovdan 6 aydır ki, xəbər yoxdur. Bu barədə Modern.az-a məlumat verən girovun oğlu Kürdoğlu Əsgərov atasının səhhətindən narahat olduğunu bildirib:
 

“Hər dəfə atamdan məktub gələndə təsəlli tapırdıq. Əfsuslar olsun ki, altı aydır ondan səs-soraq yoxdur. Artıq 4 ildir ki, atam erməni girovluğundadır”.

Məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova Modern.az-a bildirib ki, Komitə öz mandatına uyğun olaraq saxlanılan şəxləsərə baş çəkir:

 

“Şəxslərdən ailələri üçün məlumat alınması və məlumat verilməsi üçün şərait yaradılır”.

 

Komitə rəsmisi əlavə şərh verməyib. Açıqlamadan görünən odur ki, BQXK-nin nümayəndələri D.Əsgərova məktub yazmağa şərait yaradır, amma o, yazmaq istəmir. Bəlkə də girov ümidsizlikdən daha nə yazacağını bilmir...

 

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

 İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı