Modern.az

Milli komandamız FİFA-nın yeni reytinqində irəlilədi

Milli komandamız FİFA-nın yeni reytinqində irəlilədi

10 Avqust 2017, 12:40

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Modern.az xəbər verir ki, ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyib. Ötən ay oyun keçirməyən komandamız 427 xalla 79-cu pillədə qərarlaşıb.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1549 xalla 2-ci (-1),  Şimali İrlandiya 897  xalla 23-cü (-1),  Çexiya 714 xalla 40-cı (0), Norveç 391 xalla 85-ci (+3), San Marino isə 12 xalla 204-cü (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk pilləsində 1604 xalla Braziliya , üçüncü pilləsində 1399 xalla Argentina qərarlaşıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?