Modern.az

Bakıda ağac kəsənləri polis axtarır

Bakıda ağac kəsənləri polis axtarır

10 Avqust 2017, 13:23

Bakıda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının kəsilməsi faktı araşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin “Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən dərhal araşdırılıb.

 

Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

 

Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.

 

Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi