Modern.az

Türk şəhidliyi baxımsız vəziyyətdədir? - AÇIQLAMA

Türk şəhidliyi baxımsız vəziyyətdədir? - AÇIQLAMA

10 Avqust 2017, 13:52

1918-ci ilin 15 sentyabrı deyəndə ilk olaraq yada Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun  Bakını azad etməsi düşür.  Onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.

Həmin vaxtlarda Qafqaz İslam Ordusunun tərkibində vuruşan türk əsgərlərindən xeyli sayda şəhid olanlar olub.

 

Həmin türk şəhidlərinin məzarları indi də Azərbaycanın müxtəlif bölgələrində salınıb.

 

Həmin məzarlıqlardan biri də Qobustan ərazisində yerləşir.

 

Qobustan rayonunun Acıdərə ərazisində  türk əsgərinin məzarı qorunmaqdadır.

Əraziyə daxil olarkən ilk olaraq abidə görünür. Bu abidədən 15-20 metr aralıda isə şəhid məzarıdır. Bu məzar haqqında çox yazılıb və şeirlər ithaf olunub. Qeyd edilir ki, bu türk məzarının üstünü düzəltdirən və qoruyan Şamaxının Təklə kəndində yaşamış Məlikməmməd kişi olub.

Digər türk məzarlığı Ərəbşalbaş kəndində yerləşən məzarlıqdır. Dağlıq ərazidə yerləşən kəndin girəcəyində bir ağ günbəz var. Günbəzin içərisində türk qəbirləri qorunub saxlanılır.

 

Modern.az saytına daxil olan məlumata görə, hər iki türk məzarlığı baxımsız vəziyyətdədir.

 

Məsələ ilə bağlı Qobustan rayon icra hakimiyyətinin Təklə ərazi icra nümayəndəsi Gülbala Bayramov saytımıza açıqlamasında deyilənlərin doğru olmadığını bildirib.

 

“Ərəbşalbaş türk  məzarlığının üzərində kiçik gümbəz tikilib. Artıq bu ərazi ziyarətgaha çevrilib. O da bir məzarlıqdır. Dövlət tərəfindən ora heç bir xidmət göstərilmir. İnsanlar ancaq pir, ocaq kimi Acıdərə türk məzarlığından istifadə edirlər.Ərazinin baxımsızlığından söhbət belə gedə bilməz”

 

Kənd nümayəndəsi deyir ki, Acıdərə türk məzarlığı da nəzarət altındadır.

 

“Sahəsi  2 hektar olan Acıdərə türk məzarlığına nəzarət edirəm. Burada 740 ədəd ağac var. Yarımsəhradır. Torpağı da acı və duzludur.

 

Azərbaycanda ən baxımlı türk məzarlığı Acıdərə türk şəhidliyidir. 2016-cı ilə qədər ora türk attaşesi baxırdı. Lakin sonra həmin məzarlığa nəzarət Türkiyə səfirliyinə verildi. Səfirlik tez-tez həmin əraziyə baş çəkir. Bu ilin iyul ayında 7 nəfər türk generalı əraziyə baxış keçirdilər. Bayraqları dəyişdilər. Kimsə türk məzarlığının baxımsız vəziyyətdə olduğunu deyirsə, əraziyə baxış keçirə bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi