Modern.az

Azərbaycan güləşçilərinin gecikmiş maaşları ödənildi

Azərbaycan güləşçilərinin gecikmiş maaşları ödənildi

10 Avqust 2017, 14:11

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, güləşçilərlə yanaşı, milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər