Modern.az

Kərkükün qubernatoru: “Bir neçə kürd dövləti yaranacaq”

Kərkükün qubernatoru: “Bir neçə kürd dövləti yaranacaq”

10 Avqust 2017, 15:02

İraqın şimalındakı Kərkük vilayətinin qubernatoru Nəcməddin Kərim yaxın illərdə bir neçəı yeni kürd dövlətinin yaradılacağını istisna etməyib.

 

 Modern.az İraq KİV-nə isitnadən xəbər verir ki, Kərim dünyada 20-dən artıq ərəb ölkəsinin olduğunu xatırladıb.

“Kürdüstanın hər bölgəsinin öz özəlliyi var. İran, Türkiyə və Suriya kürdlərinin hər biri özünəməxsusdur və hansı addımı atacaqlarını özləri həll edir. Əgər 22 ərəb ölkəsi varsa, kürdlərin də 1-dən artıq ölkəsi ola bilər”.

 

Kərkükün qubernatoru sentybarın 25-də İraqın şimalında kürd muxtariyyətinin keçirəcəyi müstəqillik referendumunda Kərkükün də iştirak edəcəyini əlavə edib. O, ərəb və türkmanların boykot etdiyi vilayət şurasının muvafiq qərarını xatırladıb.

 

Xatırladaq ki, ABŞ, Türkiyə və rəsmi Bağdad Şimali İraqda müstəqillik referendumunu pisləyib.

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?