Modern.az

İnsanlar intihar üçün niyə müxtəlif yollar seçirlər - SƏBƏBLƏR

İnsanlar intihar üçün niyə müxtəlif yollar seçirlər - SƏBƏBLƏR

13 Avqust 2017, 17:14

Depressiya, zərərli vərdişlərdən asılılıq, şizofreniya, sağalmaz xəstəliklər aşkarlanan insanlar intihara meylli qrupa daxildir. Alimlər, mütəxəssislər intiharın çıxış yolu olmadığını dəfələrlə vurğulasalar da, problemin aradan qaldırılmasına nail ola bilmirlər.

Əksinə, ilbəil intihar edənlər və intiharın üsulları artmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, hər il bir milyondan çox insan bilərəkdən həyatına qəsd edir.

 

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da “sudan səbəblər” dediyimiz ölümlərlə qarşılaşırıq. Kimisi qaytara bilməyəcəyi borca girir, kimisi ailə basqısına məruz qalır, kimisi imtahanda bal toplaya bilmir, kimisi sadəcə qeyri-insani rəfatara tab gətirmir... Səbəblər müxtəlif olsa da, qayə birdir: həyatala vidalaşmaq. Bütün səbəbləri birləşdirən isə intihar edən insanların iradəcə zəif olmasıdır. Məsələnin maraqlı tərəfi iradəcə zəif insanların o an hansı üsulla həyatla vidalaşmasına qərar verməsidir.

 

Psixoloq Orxan Oruc Modern.az-a deyib ki, insanın hansı intihar növünü seçməsi şəraitlə bağlıdır:

 

İnsan canından bezəndə belə, canını fikirləşir

 

“Tutaq ki, əlində özünü asmağa qalın kəndiri varsa, onunla asacaq. İkincisi, yaşadığı yerlə, coğrafi mövqe ilə bağlıdır. Hətta ölkələrin intihar statistikasına baxsaq, su hövzəsi olan ölkələrdə insanların özünü suya ataraq intihar etməsinin üstünlük təşkil etdiyini görərik. Yaxud dağlıq ərazidə yaşayanlar özünü qayalıqdan atır və s. Yəni coğrafi şərtlər insanın intihar növünü seçməsinə təsir göstərir.

 

Digər tərəfdən, müasir dövrdə coğrafi şərtlər öz əhəmiyyətini itirməkdədir. İndi intihar növləri “dəb”lə bağlıdır. Hansı dövrdə hansı intihar növü aktual olursa, yaxud gündəmə gəlirsə, buna meylli insanlar üçün əlverişli vasitəyə çevrilir. Kim isə özünü öldürmək haqqında fikirləşir: “özümü assam birdən çətin olar, bir neçə saniyə göydən asılı qalaram canım yanar”. Yaxud düşünür ki, “özümü suya atsam birdən gec boğularam” və s.”.

 

İntihara ağılsızlıq kimi baxanlar bir gün ağılsızlıq edir...

 

Psixoloq bildirir ki, insan canından bezəndə belə, ən rahat ölüm vasitəsini seçməyə çalışır:

“Ona görə də gündəmdə hansı intihar növü varsa, depressiv insanlar arasında virus kimi yayılır. Əgər intihar kimisə şantaj etmək, yaxud qorxutmaq məqsədi daşımırsa, insan həqiqətən də araşdırma aparır. Şəhər yerlərində daha çox hündürmərtəbəli binalardan, yaxud körpüdən tullanaraq intihar edənlərə rast gəlirik. Kənd yerlərində çaya, kanala atan, özünü ipdən asanları çox görürük.

 

Sözsüz ki, burada kütləvi informasiya vasitələrinin də təsiri var. İntiharla bağlı xəbər yayılır və buna meylli insana göydəndüşmə olur. Yaxud da insan ola bilər ki, nə vaxtsa intihar edəcəyini ağlına belə gətirmir. Hətta intihara ağılsızlıq kimi baxan adam səhəri gün affekt vəziyyətində özünə qıya da bilər. İnsana bu hiss gələndə avtomatik olaraq xəbərlərdə izlədiyi intihar növlərini “sınaq”dan keçirməyə başlayır”.

 

Son peşmanlıq nəyə yarar?...

 

Psixoloq deyir ki, insanın affekt halında olmasının müddətilə bağlı müxtəlif fikirlər var:

“Amma ümumilikdə affekt halı bir neçə saniyə çəkir. Affekt halına təsir edən səbəbdən də çox şey asılıdır. Elə insanlar var ki, onun affekt halı günlərlə çəkə bilər. Tutaq ki, insan hər hansı hadisənin şahidi olur, yaxud özü hadisənin iştirakçısına çevrilir, başqaları tərəfindən təhqir olunur. Həmin an olmasa da, affekt vəziyyətində həmin adamı öldürməyə qərar verir.

İntihara cəhd edən insanlarla söhbətdə bəlli olur ki, son anda peşmanlıq hissi keçirir. Amma bəzilərinin geriyə dönüşü olmadığında bu peşmanlıq heç bir fayda vermir. İntihar kadrlarına baxanda belə, məsələn, özünü yandıran insanın yanğını söndürməyə çalışdığını görürük.

Yaxud özünü asan insanın boynunda qançır izləri olur və s. Çünki insanın ən böyük instinktlərindən biri yaşamaq instinktidir.

 

Bütün fəaliyyətimiz, işlərimiz, zehni və fiziki əməyimiz bizim yaşamağımıza yönəlib. O vəziyyətdə belə, insan özünü xilas etməyə çalışır. Amma insanın məsələn, suda boğulma anında, ipdən asılma və s. intihar anında  hansı hisləri keçirdiyini açıqlamaq, intihara meylli insanlara növbəti vasitənin təqdim olunmasıdır. Ümumiyyətlə, intihar barədə məlumatların internetdə olması arzuolunan deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir