Arxiv
14 Avqust 2017, 12:03 | ÖLKƏ
Xəzərin yekun statusu nə vaxt həllini tapacaq?

Türkmənistan prezidenti  Qurbanqulu Berdıməhəmmədovun məhsuldar Bakı səfəri zamanı ikitərəfli münasibətlərin bütün spektri, həmçinin uzun illərdir ki, yekun statusu barədə yekun rəyin əldə olunmadığı Xəzər dənizi ilə bağlı danışıqlar aparılıb.

 

Türkmənistan prezidenti Xəzəri sülh və dostluq dənizi adlandırıb. Əslində bu ifadə hüquqi statusla bağlı vahid mövqe nümayiş etdirən Azərbaycan, Rusiya və Qazaxıstan rəsmi Aşqabad arasında yaxınlaşmaya səbəb ola bilər. Buna qədər İran və Türkmənistan status məsələsində tamamilə fərqli mövqe nümayiş etdirirdi.

Ziddiyyətləri aydınlaşmaq üçün tərəflərin nümayiş etdirdiyi mövqeləri gözdən keçirmək lazımdır.

 

 

 Xəzər dənizinin 371 min kvadrat kilometr sahəsi var. Bu göstərici ilə o, dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır.

 

Azərbaycan – Xəzər dənizinin qərb sahilində yerləşir. Azərbaycan Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir.

Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddur.

Dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə Azərbaycanla Kəpəz yatağına görə mübahisə edir.  Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.  

 

Türkmənistan – Xəzər dənizinin şərq istiqamətində yerləşir. Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

 

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Dünya təcrübəsində orta xəttin “xüsusi vəziyyətlər” nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu “xüsusi vəziyyətlər”

1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.    

 

 

Bundan başqa, Xəzərin dəniz, yaxud göl kimi tanınması da sona qədər həllini tapmayıb. Bu məsələ ona görə vacibdir ki, Xəzərin göl sayılacağı halda ona göllər haqda, dəniz sayılarsa isə dənizlər haqda beynəlxalq konvensiyaların müddəaları şamil ediləcək. 20 ildən artıq müddət ərzində tərəflər Xəzərin statusunu müəyyən edə bilməsələr də, mövqelərdəki yaxınlaşma hiss olunur.    

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11 “Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO 18 May 2019, 16:03 “Azərbaycana qarşı təzyiq mexanizmi işə salmağa  çalışırlar”- Sevinc Fətəliyeva 18 May 2019, 15:37 Axtarışda olan 28 nəfər saxlanıldı 18 May 2019, 15:15