Rusiya Daxili İşlər Nazirliyi pauerliftinq üzrə Dünya və Avropa çempionu Andrey Draçovu qətlə yetirən Anar Əliyar oğlu Allahverənovun yerini deyən şəxsə mükafat vəd edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlının gizləndiyi yeri açıqlayan şəxs 500 min rubl mükafat qazanacaq.
Allahverənovun tapılması üçün Moskvadan istintaq qrupu da cəlb olunub. Azərvbaycanlı təqsirli bilinəcəyi təqdirdə ömürlük həbs cəzası ala bilər.