Modern.az

Ermənistanda polis alayının zabiti bıçaqlanıb

Ermənistanda polis alayının zabiti bıçaqlanıb

24 Avqust 2017, 17:06

Yerevan şəhəri üzrə Post-Patrul alayının komandir müavini mayor Akop Mkrtçyan bıçaqlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə gecə baş verib. Yerevanın Norqavit səmtində iki dalaşan qrupu ayırmaq istəyən zaman polis zabitinə bıçaq zərbəsi vurulub.

 

Hazırda onun ağır vəziyyətdə olduğu bildirilir. Bundan əvvəl polis alayının komandiri müavini olmuş Artur Vanyan ötən il “Sasna Tserer” qruplaşmasının hücumu zamanı öldürülmüşdü.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?