Modern.az

ATƏT-in yeni amerikalı həmsədri Endryu Şefer kimdir? - DOSYE

ATƏT-in yeni amerikalı həmsədri Endryu Şefer kimdir? - DOSYE

25 Avqust 2017, 11:47

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şefer avqustun 28-dən öz səlahiyyətlərinin icrasına başlayır.

 

Modern.az xəbər verir ki, Şefer böyük diplomatik təcrübəyə malikdir. Belə ki, 1985-ci ildə Priston Universitetini bitirən Şefer daha sonra Kolumbiya Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.

 

1991-ci ildə Dövlət Departamentinin əməkdaşı kimi Küveyt və Bəhreyndə, 2000-ci illərdə isə ABŞ-ın Rusiya, Haaqa və Əfqanıstan səfirliklərində çalışıb.

 

Paralel olaraq, Şefer münaqişə zonalarında diplomatik təcrübə toplayıb. 2011-2014-cü illərdə o, ABŞ-ın Kiprdəki səfirliyində, 2015-ci ildən isə ölkəsinin beynəlxalq təşkilatlarda iş üzrə missiyanın əməkdaşı olub.

Endryu Şefer evli və 2 oğul atasıdır. Keçmiş həmsədr Hoqlandın sözlərinə görə Şefer Qarabağ münaqişəsi ilə bağlı tam informasiyaya malikdir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi