Modern.az

İslam Kərimovun qızı vəzifəsindən imtina edir

İslam Kərimovun qızı vəzifəsindən imtina edir

28 Avqust 2017, 14:32

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva yaxın vaxtlarda ölkəsinin YUNESKO yanındakı daimi nümayəndəsi postundan imtina edəcəyi ilə bağlı açıqlama verib.

 

Modern.az-ın Özbəkistan KİV-nə istinadən məlumatına görə o jurnalistlərə bunu səbəblərini izah edib.

 

“Bu addımı şəxsi həyatım, layihələrim və İslam Kərimov Fondu ilə bağlı planlarıma görə atıram” –deyə Kərimova Səmərqənddə keçirdiyi mətbuat konfransında deyib.

 

Hazırda Lola Kərimova-Tillayeva “Sən tək deyilsən” ictimai fondunun və Özbəkistan Gimnastika Federasiyasına da rəhbərlik edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı