Modern.az

“Qırmızı Xaç” Dilqəm Əsgərovun oğlu ilə razılaşmadı  

“Qırmızı Xaç” Dilqəm Əsgərovun oğlu ilə razılaşmadı   

Aktual

31 Avqust 2017, 13:32

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Dağlıq Qarabağda saxlanılan azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun açıqlamasına münasibət bildirib.

Komitə rəsmisi Modern.az-a açıqlamasında Kürdoğlu Əsgərovun dediklərilə razılaşmayıb:

 

O bir daha Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara avqust ayında başçəkmə olduğunu təsdiqləyib:
 

“Beynəlxalq Qrımızı Xaç Komitəsi Dağlıq Qarabağ münaqişəsilə bağlı saxlanılan şəxslərə avqust ayında baş çəkib. Həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla maraqlanıb. Ailələrilə əlaqə saxlamaları üçün öz xidmətlərini təklif edib”.


Rəsmi məlumatdan gəlinən nəticəyə görə, Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan yenə də imtina edib.

 

İ.Hüseynova sonda bildirib ki, saxlanılan şəxslərə başçəkmə olursa, ailələrə dərhal xəbər verilir.

 

Qeyd edək ki, K.Əsgərovavqustun 31-də  Modern.az-a deyib ki, BQXK-nin girovlara başçəkmə ilə bağlı məlumatları həqiqəti əks etdirmir.
 

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir