Modern.az

Mladiç özünü dəliliyə vurub

Mladiç özünü dəliliyə vurub

Dünya

27 May 2011, 12:39

BMT baş katibi Pan Gi Mun Bosniya serb ordusunun keçmiş komandanı Ratko Mladiçin həbs edilməsini beynəlxalq məhkəmə üçün tarixi gün olduğunu deyib. Modern.az BMT-nin rəsmi saytına istinadən bildirir ki, Pan Gi Mun bu həbsi kollektiv mübarizənin mühüm nəticəsi adlandırıb.

Bu arada bəlli olub ki, Mladiçi dindirmə cəhdləri nəticə vermir. Belə ki, Belqradda onu dindirən müstəntiqlərin suallarına cavab verə bilməyib. Mladiçin vəkili bəyan edib ki, hakim Mladiçi dindirməyə cəhd etsə də, istintaqı yarımçıq saxlamağa məcbur olub.
“Həbs olunan çox ağır fiziki və psixoloji vəziyyətdədir. Onunla danışmaq son dərəcə çətindir”-deyə vəkil bildirib. O deyib ki, hakimlərin müayinəsindən sonra Madiçin Haaqa Beynəlxalq Tribunalındakı prosesdə iştirak mümkünlüyü bəlli olacaq.

Beynəlxalq Məhkəmə Mladiçi 1995-ci ildə 7500 müsəlman əsilli kişi və və yeniyetməni qətlə yetirməkdə ittiham edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir