Modern.az

Tovuzda kütləvi zəhərlənmə 

Tovuzda kütləvi zəhərlənmə 

5 Sentyabr 2017, 11:03

Tovuz rayonun Düzqıraqlı kəndidə ticarət obyektində baş vermiş yanğın zamanı kütləvi zəhərlənmə qeydə alınıb.

 

Bu barədə Modern.az-a kənd sakinləri məlumat verib.

 

Yanğının söndürülməsi zamanı 1 nəfər qadın olmaqla, 8 nəfər tüstüdən zəhərlənib.

 

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Qədimov Eldəniz Eldar oğlu, 1981-ci il təvəllüdlü Vəliyev Mehman Mahmud oğlu, 1994-cü il təvəllüdlü Əsədov Qəhrəman Qüdrət oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Xəyal Əli oğlu, 1990-cı il təvəllüdlü Ələsgərov Elvin Şərif oğlu, 1992-ci il təvəllüdlü Əsədov Murad Qüdrət oğlu, 1976-cı il təvəllüdlü Seyidov Kamran Məhərrəm oğlu və 1967-ci il təvəllüdlü Həsənova Elmira Həsən qızı zəhərlənmə ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Zəhərlənənlərə tibbi yardım göstərilib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir