Modern.az

Azərbaycanda inflyasiya yoxsulluğu yaradan yeganə səbəb deyil  

Azərbaycanda inflyasiya yoxsulluğu yaradan yeganə səbəb deyil   

Aktual

5 Sentyabr 2017, 14:22

İnkişaf etmiş ölkələrdə əhali gəlirlərinin 60 faizdən yuxarı hissəsinin ərzaq məhsullarına yönəldilməsi yoxsulluq sayılır. Hələ vay o günə ki, ərzaq məhsulları günü-gündən bahalaşa...
Azərbaycanda də son vaxtlar ərzaq malları bahalaşır... Bunun əksinə olaraq gəlirlər də azalır...

İqtisadçı Vüqar Bayramov Modern.az-a deyib ki, manatın məzənnəsi fevral ayından etibarən möhkəmlənməyə başlasa da, idxal məhsullarının qiymətində artım müşahidə olunur:
 

“Bahalaşma inflyasiyanında artmasına səbəb olur. Təbii ki, inflyasiya ilə yoxsulluq arasında əlaqə var. Amma inflyasiya yoxsulluğu yaradan yeganə səbəb deyil. Əhalinin gəlirlilik səviyyəsinin azalması burada əsas rol oynayır. Əgər əhalinin gəlirləri inflyasiyaya uyğun artırsa, bu, yoxsulluq həddinə təsir göstərmir. Amma əhalinin nominal və real gəlirləri artmırsa, yoxsulluq səviyyəsinə təsir edir”.

Ekspertin sözlərinə görə, Statistika Komitəsinin məlumatında əhalinin gəlirlərinin artdığı bildirilir:

 

“Əgər əhalinin gəlirləri rəsmi statistikaya əsasən artırsa, bu zaman inflyasiya yoxsulluq həddinə birbaşa təsir göstərməyə bilər. Çünki qiymət artımı həmin gəlir artımı hesabına kompensasiya olunur.

Yoxsulluq həddinə əhalinin gəlirlilik səviyyəsi təsir göstərir, nəinki inflyasiyanın səviyyəsi. Azərbaycanda müşahidə edilən 14 faizlik inflyasiya bir rəqəmli olmamasına baxmayaraq, hiper inflyasiya sayılmır. Çünki indiki pul-kredit siyasətində tənzimlənə bilən inflyasiyaya çevrilə bilər. Ona görə də inflyasiyasının yoxsulluğa təsirlərinin minimumlaşdırılması yolu əhalinin gəlirlərinin artırılmasıdır”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür