Modern.az

Səfirliklərimizə elə ticarət nümayəndələri təyin olunmalıdır ki... - Deputat ŞƏRH

Səfirliklərimizə elə ticarət nümayəndələri təyin olunmalıdır ki... - Deputat ŞƏRH

6 Sentyabr 2017, 17:22

Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilsin.

 

Müəyyən edilir ki, ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir; ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir; ticarət nümayəndələrinin aparatlarının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycanın iqtisadiyyat naziri tərəfindən həyata keçirilir; ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirir.

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədov verilən fərmanla bağlı öz fikrilərini Modern.az-la bölüşüb:

 

“Artıq Rusiyada ticarət nümayəndələri fəaliyyət göstərir. Sovet dönəmində belə bir sistem vardı ki, səfirliklərin daxilində ticarət nümayəndəliyi olsun.

Azərbaycanda da bu sistemin tətbiq olunmasını çox müsbət hal kimi qiymətləndirirəm. Azərbaycanda iqtisadiyyatın vəziyyəti, müəyyən yerli məhsulların xaricə ixracı ilə əlaqədar tədbirlər həyata keçirilir və ölkəmiz bu mənada geniş təbliğ edilir.

Cənab prezidentin verdiyi fərman təqdirəlayiqdir. Azərbaycan məhsullarının ixracının yüksəldilməsinə çox böyük ehtiyac var. O məhsulların ixracının təbliği və təşviqilə bağlı cənab prezident tərəfindən bir neçə fərman imzalanıb. Ona görə də bu fərman böyük əhəmiyyət kəsb edir”.

 

Komitə üzvü fərmandan irəli gələn məsələlərin həllində müvafiq kadrların təyin edilməsinin vacib olduğunu vurğulayıb:

“Kadrların həm təcrübəsi, həm dil bilikləri olmalıdır ki, Azərbaycanın yüksək səviyyədə təmsil edə bilsinlər. Ölkəmizin ixrac qabiliyyətinin artırılması üçün fərman olduqca əhəmiyyətlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir