Modern.az

Avropa Tolerantlıq festivalının təqdimatı olub

Avropa Tolerantlıq festivalının təqdimatı olub

6 Sentyabr 2017, 17:54

12-20 oktyabrda Bakıda keçiriləcək Avropa Toletantlıq festivalının təqdimat mərasimi keçirilib.

 

Modern.az  xəbər verir ki, mərasimdə Avropa İttifaqının Bakı nümayəndəliyinin siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri Denis Denilidis çıxış edib.

 

O  bildirib ki, bu festivalın Azərbaycan kimi müxtəlifliklərə açıq və tolerant ölkədə keçirilməsindən məmnundur. 

Onun sözlərinə görə, festival çərçivəsində sənədli filmələr, konsert və rəqslər nümayiş olunacaq və belə bir festival Azərbaycanda ilk dəfədir keçirilir. D.Denilidis əlavə edib ki, festival 3 komponentdən ibarətdir:

 

"Bunlardan birincisi İMAGİNE Avropa Tolerantlıq festivalı, digəri DokuBaku festivallı və Polşa səfirliyi və Polşanın Adam Miskeviç İnstitutunun təşkilatçılığı ilə "Sosial dəyişiklik üçün kino" festivalıdır. Festival çərçivəsində Avropa ölkələrindən plan rejissorlar, rəqs qrupları Azərbaycana gələcək, film çəkmək istəyənlər üçün master-klasslar keçiriləcək" 

O bildirib ki, festival İsveçrə, Norveç və Peru səfirlikləri və "United culture"nin də iştirakı ilə təşkil olunacaq. Qeyd edək ki, festival zamanl musiqi nümayişləri, müzakirələr və debatlar, film nümayişləri, foto və video müsabiqələri, sərgilər və s. təşkil olunacaq. 

IMAGINE festivalında bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir