Modern.az

Bu il baş verən ZƏHƏRLƏNMƏLƏR - Sirkə içənlərin 40 faizinin məqsədi itihar etmək olub  

Bu il baş verən ZƏHƏRLƏNMƏLƏR - Sirkə içənlərin 40 faizinin məqsədi itihar etmək olub  

7 Sentyabr 2017, 12:39

Bu ilin 8 ayı ərzində 1391 nəfər Toksikoloji Mərkəzə müraciət edib.



Modern.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.


A.Maqsudovun sözlərinə görə, bu ilin əvvəlindən sirkə turşusu zəhərlənməsi ilə bağlı 111 nəfər şöbəyə müraciət edib:

"Sirkə turşusu içən 2 nəfər kəskin ağır vəziyyətdə olduğu üçün dünyasını dəyişib. Dəm qazı zəhərlənməsi ilə bağlı 365 nəfər, dərmanla zəhərlənməsilə 244 nəfər müraciət edib. Dərman içənlərdən 103 nəfəri kəskin allergik reaksiyaya məruz qalıb. Qara qurdla bağlı 4 xəstə, etanolla bağlı 56 nəfər daxil olub. 83 nəfər ilan sancması ilə daxil olub ki, onlardan 6 nəfəri uşaqdır. Bundan başqa 6 nəfər göbələkdən zəhərlənmə ilə bizə müraciət edib”.


Şöbə müdiri qeyd edib ki, sirkə turşusu içənlərin 40 faizi bunu sui-qəsd məqsədilə edib: "Yerdə qalanlar isə affekt vəziyyətdə, kimisə qorxutmaq, nəyəsə nail olmaq məqsədilə sirkə turşusu içiblər. İki xörək qaşığı ölümcül doza sayılır. Bu, mədə-bağırsaq traktı, böyrəklərdə problem yaradır. Sirkə turşusu ilə zəhərlənmələr əsasən 25 yaşdan 40 yaşa qədər və 60 yaşdan yuxarı insanlar arasında daha çox müşahidə edilir.


A.Maqsudov deyib ki, il ərzində dərman içərək zəhərlənənlər arasında təxminən 140 nəfər uşaq olub:

 

“Əsasən evdə nəzarətsiz qalan azyaşlılar bu zəhərlənməyə məruz qalıb. Dərmanlar rəngarəng və şirin olduğu üçün onları cəlb edir. Uşaqlar əsasən qan təzyiqi salan, qan laxtalanmasını azaldan, mədə-bağırsaq traktı üçün dərmanları qəbul edirlər. Dərmanı qəbul etdikdən az sonra uşaqda fəsadlaşma başlayır. Vaxtında uşaq xəstəxanaya çatdırılmayanda onların həyatı üçün təhlükə olur. Dərman zəhərlənməsi ilə müraciət edən uşaqlar arasında ölüm faizi çox aşağıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir