Modern.az

Mehman Əliyevin apellyasiya şikayətinə sentyabrın 8-də baxılacaq

Mehman Əliyevin apellyasiya şikayətinə sentyabrın 8-də baxılacaq

7 Sentyabr 2017, 17:58

Yasamal rayon Məhkəməsinin “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə qərarından apellyasiya şikayəti verilib.

 

Bubarədə Modern.az-aməlumatverənvəkilFuadAğayevbildiribki, apellyasiya şikayətinə sentyabrın 8-də saat 14:30-dabaxılacaq.

 

M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 M.Əliyev ittihanları qəbul etmir.

Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verilib. Məhkəmə M.Əliyevin apellyasiya şikayətini təmin edilməyib və Yasamal rayon Məhkəməsinin çıxarmış olduğu qərar qüvvədə saxlanılıb. 

 

Qeyd edək ki, sentyabrın 6-daYasamal rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə vəsatəti də təmin olunmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir