Modern.az

Qafqaz Müsəlmanları İdarəsinin mərasim zallarındakı israfçılığı kim yaradır...  

Qafqaz Müsəlmanları İdarəsinin mərasim zallarındakı israfçılığı kim yaradır...   

8 Sentyabr 2017, 12:02

Təxminən bir il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimlərində israfçılığın qarşısının alınması üçün əhaliyə təklif və tövsiyələrini versə də, bir nəticə hasil olmadı.
Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu israfçılığın qarşısının alınmasında can-fəşanlıq göstərdiyini müşahidə edə bilmədik. Heç kimə sirr deyil ki, elə QMİ-nin nəzarətində olan mərasim zallarında yas sahiblərinə təklif edilən menyuda istənilən növ soyuq qəlyanaltılar, qazan xörəkləri, müxtəlif sulara rast gəlmək mümkündür. Yəni olmazmı ki, menyu tərtib olunan zaman məhdud sayda təam təklif edilsin?

Modern.az-ın mövzu ilə bağlı sualını QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı cavablandırıb.

O bildirib ki, menyu tərtibi Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətində olan məsələ deyil:

 

“QMİ menyu təklif etmir. Mərasim zallarında məclis qaydasını yas sahibləri özləri təyin edirlər. QMİ bir dini və ictimai qurum olaraq insanlara israfdan və ifratdan uzaq olmağı tövsiyə edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır