Modern.az

Bakı Nəqliyyat Agentliyi sərnişinləri xəbərdar etdi – sürücünü söyən xanıma görə

Bakı Nəqliyyat Agentliyi sərnişinləri xəbərdar etdi – sürücünü söyən xanıma görə

Aktual

8 Sentyabr 2017, 13:55

Bakı Nəqliyyat Agentliyi (BNA) mütəmadi olaraq sürücü özbaşınalığı ilə bağlı video və məlumatlar yayır. Amma budəfəki videoda özbaşınalıq edən sürücü yox, sərnişindir. Videodan da göründüyü kimi xanım sərnişin sürücünü ön qapını bağlayıb, arxa qapıdan düşməyini təklif etdiyinə görə təhqir edir.

 

Xanım, sürücüyə “dayan, qapını niyə bağlayırsan? Arxadan düşə bilmir, uşaqdır. Dəlisən sən? Mən düşürəm eyyy. Sən uşağı niyə sıxırsan? Kim sənə icazə verib, ay qoyun, ay key? Kimsən sən, cındır?” deyərək təhqirlərinə davam edib.

 

BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məsələ ilə bağlı Modern.az-a deyib ki, sərnişinlərimiz ictimai nəqliyyat şəbəkəsində təqdim olunan yenilikləri qəbul etməlidir:

 

“Doğrudur, standartlara cavab verməyən yararsız avtobuslar hələ də var. Amma müasir avtobuslarda tətbiq edilən yeniliklər, sərnişindaşıma qaydaları hamı tərəfindən qorunmalı və əməl edilməlidir.

 

BNA sərnişinlərimizin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. Və düşünürük ki, bu tədbirlər sayəsində müsbət nəticələr əldə etmək mümkün olacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!