Modern.az

Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi üçün sənədlər təqdim olunub  

Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi üçün sənədlər təqdim olunub   

8 Sentyabr 2017, 17:56

Görkəmli alim Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi üçün sənədlər müvafiq qurumlara təqdim olunub.

Bu barədə Modern.az-a ABŞ Azərbaycanlılar Şəbəkəsinin (USAN – U.S. Azeris Network) həmtəsisçisi, siyasi icmalçı və AZƏRTAC-ın Birləşmiş Ştatlardakı xüsusi müxbiri Yusif Babanlı məlumat verib.

 

O qeyd edib ki, sənədləşmə məsələlərlə son anlarına qədər alimin yanında olan ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məşğuldur:

 

“Məndə olan məlumata görə hökumət nümayəndələri Lütfi Zadənin nəşinin Fəxri Xiyabanda dəfn olunması üçün danışıqlar aparır. Bildiyim qədərilə bu istiqamətdə müzakirələr gedir. Alim iki gündür ki dünyasını dəyişib. Yekun qərarla bağlı dəqiq məlumatım yoxdur. Yəqin ki, nəşi hazırda morqda saxlanılır”.

Y.Babanlının sözlərinə görə, Lütfü Zadə ilə Amerikada keçiriləcək vida mərasimində əsasən ailə dostlarının iştirakı gözlənilir.

Qeyd edək ki, Lütfi Zadə sentyabrın 6-da 96 yaşında vəfat edib. Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi ilə bağlı qərar hələ bir il əvvəl verilib.

Ş.Şahbazovanın verdiyi məlumata görə, Lütfi Zadə hələ bir il əvvəl Azərbaycan Prezidenti  İlham Əliyevə rəsmi məktubla müraciət etmişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır