Modern.az

Azərbaycan Myanmadakı müsəlmanlara humanitar yardım göndərdi

Azərbaycan Myanmadakı müsəlmanlara humanitar yardım göndərdi

8 Sentyabr 2017, 20:02

Prezident İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib. Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatında bildirilir.

 

Humanitar yardım Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

 

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır