Modern.az

Bakı-Şamaxı yolunda sürüşmə sahəsi artıb

Bakı-Şamaxı yolunda sürüşmə sahəsi artıb

8 Sentyabr 2017, 21:13

Avqust ayı ərzində Bakı-Şamaxı avtomobil yolunda sürüşmənin parametrlərində ciddi artım müşahidə edilib, Bakı-Ağsu magistral yolunda isə lokal sürüşmə sahələri qeydə alınıb.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov "Trend"ə deyib ki, avqustda Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə sahəsi qeydə alınıb. Nəticədə burada sürüşmənin parametrlərində ciddi artım baş verib.

 

Bundan başqa, Bakı-Ağsu magistral yolunun 132-156-cı km-də sürüşmə prosesi aktivləşib və nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yol boyu lokal sürüşmə sahələri yaranıb.

 

Ə.Qaralov qeyd edib ki, Quba-Qonaqkənd avtomobil yolunun 37-46-cı km-də və Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-də sürüşmə sahələrində nisbi aktivlik, Şamaxı rayonunda Çuxuryurd-Qızmeydan yolunda, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 10-cu km-dəki sürüşmə sahəsində aktivləşmə qeydə alınıb.

 

Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud olan sürüşmə sahəsinin paramentrlərində və prosesin dinamikasında, Lənkəran-Lerik yolunun 17-19-cu km-liyinin sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb. Avqustda Lerik rayonunda Lənkəran-Lerik yolunun 27-29-cu km-liyinin sürüşmə sahəsində nisbi aktivlik, Lerik- Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində uçqun hadisəsinin dinamikasında, Astara rayonunun Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində - mövcud sürüşmə və uçqun sahələrində isə nisbi aktivlik qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı