Modern.az

"Qarabağ” “Çelsi” oyunu üçün Bakıya göndərilən bütün biletlər satılıb

"Qarabağ” “Çelsi” oyunu üçün Bakıya göndərilən bütün biletlər satılıb

8 Sentyabr 2017, 21:42

"Qarabağ”ın “Çelsi”yə qarşı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirəcəyi oyun üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb. Modern.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya göndərilən biletlərin sayı 400-ə yaxın olub. Ancaq bu o demək deyil ki, 400 azarkeşin hamısı Bakıdan İngiltərəyə gedəcək. Alınan biletlərdən xarici ölkəyə göndərilənləri də olduğu bildirilib.

 

Londonda bilet əldə etmək istəyən “Qarabağ” azarkeşləri üçün isə sentyabrın 11-də satış həyata keçiriləcək. Bilet satışının məkanı haqqında növbəti günlərdə ətraflı məlumat veriləcək.

 

Biletlərin qiymətlərinə gəlincə, “first class” 75 funt sterlinq, azarkeş sektoru isə 35 funt sterlinqdir. Londonda Ağdam klubunun forma, şarf və papaqlarının satışı da təşkil olunacaq.

 

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu saat 22:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi