Modern.az

AŞPA Monitorinq Komitəsinin katibi də Bakıya gəlir  

AŞPA Monitorinq Komitəsinin katibi də Bakıya gəlir   

9 Sentyabr 2017, 12:54

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana gələcəkləri vaxt bəlli olub.

 

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a deyib ki, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Bakıda səfərdə olacaqlar.

 

Həmçinin, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delfin Freyman da Azərbaycana səfər edəcək.

 

Səfər zamanı AŞPA Monitorinq Komitəsinin katibi və həmməruzəçiləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri , parlamentin sədri Oqtay Əsədovla və rəhbər vəzifəli şəxslərlə görüşlər keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır