Modern.az

Abşeron Gənclər Şəhərciyində lift PROBLEMİ    

Abşeron Gənclər Şəhərciyində lift PROBLEMİ      

Aktual

10 Sentyabr 2017, 09:16

Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyinin sakinlərindən yenə şikayət var. Şəhərciyin 27-ci blokunda yaşayan sakinlər Modern.az-a bildiriblər ki, bir neçə vaxtdır binada lift işləmir.

 

“Qocalar, xəstələr, məcbur olub mənzillərinə pilləkənlərlə qalxırlar. Körpə uşaqları olan valideynlər isə uşaqları qucaqlarında çıxıb-düşürlər. Nə qədər şikayət etsək də, lift problemi hələ də həll olunmur” – sakinlər belə bildiriblər.

 

Məlumata görə, bu günlərdə bir ana körpəsi ilə pilləkənləri çıxarkən yıxılıb, xoşbəxtlikdən isə ana və övlad xəsarət almayıb.

 

Qeyd olunur ki, bir müddət öncə də həmin binada lift xarab olmuşdu, lakin 10 gündən sonra gəlib onu təmir etdilər.

 

Lakin təmirdən 3 gün sonra lift yenidən xarab olub və bununla da sakinlərin əhvalı əməlli-başlı korlanıb.

 

Sakinlər deyir ki, dəfələrlə mənzil-kommunal istismar sahəsinə ( “JEK”)  getsələr də, şikayətlərinə əncam çəkən olmayıb.

 

“JEK”dən isə liftin təmir olunmasının vaxtının uzanmasının səbəbini belə əsaslandırıblar ki, liftlər İsveçrə istehsalıdır və detalları bahalıdır. Bununla yanaşı sifariş olunan detalların gətirilməsi də vaxt aparır.

 

“JEK”dən həmçinin lift probleminin yaxın vaxtlarda həll olunacağı da bildirilib.

 

Amma sakinlər üçün səbəblər o qədər də maraqlı deyil – ona görə ki, “JEK” lift pulu, zibil pulunu onsuz da əvvəl-axır sakinlərdən alır. Həqiqətən də mənzil-kommunal istismar sahəsi liftin üst-üstə təxminən bir aya yaxın xarab olmasından sonrada sakinlərdən lift pulunu alacaqmı? Bunu yaxın zamanlarda biləcəyik.

 

Ümid edək ki, problem öz həllini tapacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı