Modern.az

Salyanda ilk dəfə tutuquşu təsərrüfatı yaradılıb

Salyanda ilk dəfə tutuquşu təsərrüfatı yaradılıb

12 Sentyabr 2017, 08:45

Salyanın Kürqaraqaşlı kəndində yaşayan Zeynalovlar ailəsi rayonda ilk dəfə olaraq tutuquşu təsərrüfatı yaradıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, ailənin 27 yaşlı üzvü Bəhruz Zeynalov artıq yeddi ildir tutuquşu saxlamaqla məşğuldur. Ixtisasca diş texniki olan təsərrüfat sahibinin dediyinə görə əvvəlcə o, iki cüt tutuquşu alıb və onların sayını artıraraq on beşə çatdırıb. Sonra o, təsərrüfatını genişləndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan “Məşğulluq proqramı”nda iştirak etmək üçün Dövlət Məşğulluq Xidmətinin Salyan rayon şöbəsinə müraciət edir və layihəsi bəyənilərək iki ay müddətində Bakı şəhərində keçirilən təlimlərin iştirakçısı olur. Burada ona biznes qurmaq və onun genişləndirilməsi yolları öyrədilir. Sonra ona iki yüz tutuquşu və lazımı avadanlıqlar verilir.

Hazırda Zeynalovların təsərrüfatında 270 baş tutuquşu saxlanılır. “Korella” və “Valis” növlərini bəsləyən Bəhruz deyir ki, bir cüt tutuquşunu 30-60 manata satmaq mümkündür. Bu da olduqca sərfəlidir. B.Zeynalov gələcəkdə təsərrüfatını daha da genişləndirərək quşların sayını 500-ə çatdırmaq niyyətindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?