Modern.az

“Cib boşdursa, heç bir gözəllik sevinc gətirmir” - Sabiq baş psixiatr  

“Cib boşdursa, heç bir gözəllik sevinc gətirmir” - Sabiq baş psixiatr   

13 Sentyabr 2017, 12:09

Son vaxtlar nədənsə narazı bir topluma çevrilmişik. Hər yaxşı şeydə hansısa məkr, pis niyyət axtarırıq, müsbətləri görməzlikdən gəlib mənfilərə köklənirik. Hər açılan qapının arxasından əli silahlı birinin çıxıb bizə zərər yetirəcəyini düşünürük. Heç kim stəkanın dolu tərəfinə baxmaq istəmir, “niyə qalan hissəsi boşdur” prizmasından çıxış edir. Bütün bunlar isə psixoloji gərginlik, stress, münasibətlərin korlanması, haqlı narazılıqlara gətirib çıxarır.

Psixiatriya Assosasiyasının prezidenti, Tibb Universitetinin professoru, ölkənin sabiq baş psixiatrı Nadir İsmayılov Modern.az-a verdiyi açıqlamada bütün bunların kökündə sosial-iqtisadi amillərin əsas yer tutduğunu deyib:

 

“Dükana, bazara girmək olmur, qiymətlər od tutub yanır. İnsanlar zəruri tələbat mallarını almaqda çətinlik çəkir. Bahalaşan qiymətlərin müqabilində maaşlar artmır. Banklarda kredit borcları artmaqda davam edir. Bütün bunlar sevinc gətirməyəcək ki, insanlara?”.

N.İsmayılov bildirib ki, cəmiyyət ətraf mühitdə baş verən hadisələrə öz reaksiyasını verir:

“Reaksiya da həmişə adekvat reaksiyadır. Söhbət bir nəfərin hadisələrə baxışından yox, bütöv cəmiyyətdən gedir. Təbii ki, ölkəmizdə müsbət dəyişikliklər də baş verir. Kanadadan dostlarımız gəlib. Mənə deyirlər ki, “Paris Bakının yanında heç nədir”. Həqiqətən də Bakı, rayonlarımız gözəlləşib. Mağazalara gedirsən, boş vitrin yoxdur, amma təəssüf ki, cib də boşdur. Bu cür mənzərə qarşısında isə stressiz, problemsiz, qayğısız insanlarımız azalmaqda davam edir. İnsanlar hər şeyi cibi ilə ölçür. Cib boşdursa, o gözəlliklər, o möhtəşəm binalar adamlara sevinc gətirmir. Adi sosial şəbəkədə bir şey paylaşılan kimi hamı kinini ora “qusur”. Bunların hamısı sosial-iqtisadi məsələlərlə bağlıdır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır