Modern.az

Cəmiyyətimizdə uşaqlara yanaşmada problem var

Cəmiyyətimizdə uşaqlara yanaşmada problem var

Qarabağ

17 Noyabr 2009, 16:59

“İstər yerli,  istərsə də beynəlxalq tədbirlərdə iştirak edərkən  Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 300 mindən artıq uşağın məcburi köçkün düşdüyünü, onların üzləşdikləri problemləri qabardırıq. Təəssüf ki, belə problemlər beynəlxalq ictimaiyyətin diqqətindən kənar qalır. Deyərdim ki, hətta müəyyən maraqlı qüvvələr uşaqların bu problemlərini görməyə məhdudiyyətlər yaradırlar”. Bu fikirləri Modern.az saytına  "NUR" Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova deyib. Onun sözlərinə görə, ölkəmizdə bu məsələ həll olunmayana qədər Uşaq Hüquqları Konvensiyasından irəli gələn müddəaların həyata keçirilməsində danışa bilmərik: “Eyni zamanda 2015-ci ilə qədər uşaqlar üçün yayarlı dünyanın yaradılması təşəbbüsünün reallaşmasından danışa bilmərik. Çox təəssüf ki, Azərbaycanda uşaq sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar bu problemin həllinə heç bir ciddi töhfələr vermirlər. Buna yönəlmiş xüsusi proqramlar yoxdur. Mən məsələnin siyasi həllindən danışmıram. Uşaqların cəmiyyətə inteqrasiyasından, inkişafından, onlar üçün xidmətlərin yaradılmasından danışıram”.

Birlik rəhbəri Azərbaycanda uşaqlarla bağlı ən böyük problemin onlara olan yanaşma olduğunu deyib: “Bizim hərəkətlərimizlə arzularımız üst-üstə düşmür. Hesab edirəm ki, uşaqlara təhsil verən müəllimlər başda olmaqla olmaqla, tibbi xidmət göstərən səhiyyə işçiləri, onları əhatə edən bütün insanların uşaqlara münasibətinda problemlər var. Bu mənada KİV-in işində də ciddi problemlər var. Hər kəs vəzifəsindən, səlahiyyətindən asılı olmayaraq uşaqlara aid hissəsində üzərinə düşən işi həyata keçirsə, o zaman uşaqların həyatı ilə bağlı problem olmaz. Bu gün uşaqlara dövlət qayğısı var, amma aşağı səviyyələrdə hələ də uşaqlara qarşı laqeydlik görünür”.

 

 

Vüsalə

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu