Modern.az

Bakı Türk şəhidliyində kərküklü şəhidlər anıldı

Bakı Türk şəhidliyində kərküklü şəhidlər anıldı

Aktual

16 Sentyabr 2017, 20:33

Bu gün “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Qarabağ (Azərbaycan)–Kərkük (İraq) Dayanışma (Həmrəylik) Platforması tərəfindən “Kərkük şəhidlərini anma toplantısı” təşkil edilib. Modern.az xəbər verir ki, toplantıda çıxış edən millət vəkili Qənirə Paşayeva, 15 sentyabrda Bakının işğaldan azad olmasının 99-cu ildönümünün geniş qeyd edildiyini vurğulayaraq, hər gün ziyarət etməli olduğumuz Bakı Türk Şəhidliyini bu gün də ziyarət etməyin ayrı bir anlam daşıdığını qeyd edib.

O, bildirib ki, bir çoxumuz bu abidəni yalnız türkiyəli qardaşlarımızın şərəfinə ucaldılmış abidə kimi tanıyırıq. Əslində, o vaxtkı Osmanlı imperiyasına daxil olan bir çox başqa torpaqlardan da Bakının (ümumən Azərbaycanın) qurtuluşu üçün savşmağa gələnlər, Azərbaycanda şəhidlik zirvəsinə ucalanlar olub. O sırada, doğma Kərkükümüzdən də, yeddi şəhidimiz vardır.

“Bakıda Türk Şəhidliyində xatirəsi əziz tutularaq, əbədiləşdirilənlər, ümumən o şanlı tarix heç bir zaman unudulmayacaq, hər zaman sevgi ilə anılacaqdır.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ayrı-ayrı düşmən qüvvələrin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də Bakıda, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan mehmetciklərin məzarları ziyarət olunur. Hər il Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir.”

Anım tədbirində iraqlı soydaşlarımız, tanınmış tədqiqatçı-yazarlar dr. Mustafa Ziya, dr. Şəmsəddin Kuzəçi, əməkdar artist Aybəniz Haşımova, türkiyəli iş adamları Yılmaz Okuklu və Mehmet Akbıyık da çıxış edərək, Kərkükdən, digər qardaş ellərdən gələrək, Azərbaycan uğrunda can fəda edən şəhidlərin qəhrəmanlığının gənc nəsillər üçün əvəzsiz bir örnək təşkil etdiyini qeyd ediblər.

 

Qeyd edək ki, 25 may–17 noyabr 1918 tarixləri arasında cərəyan edən Qafqaz hərəkatında Nuru Paşa komandanlığındakı Qafqaz Türk-İslam Ordusu Gəncə, Göyçay, Ağsu, Kürdəmir və Şamaxı istiqamətlərində hücumlarına davam edərək, 15 sentyabr 1918-ci il tarixində Bakını düşmən işğalından qurtarıb. Bu hərəkatda qəhrəman mehmetcik, Azərbaycanın müstəqilliyi uğrunda, yerli könüllülərlə çiyin-çiyinə savaşıb və 1130 şəhid verib. Onlar Azərbaycanın hər yerində bir çox isimsiz məzarda ikinci vətənlərində əbədi uyumaqdadır.

 

Kərkük doğumlu şəhidlər:

 

1. Xurşid oğlu Zeynəlabdin. Kərkük, 1308/H.15.11.1330, Qafqaz Cəbhəsi

2. Dərviş Muhamməd oğlu Tofiq Əfəndi. Kərkük, 12.11.1330, Qafqaz Cəbhəsi

3. Hasan Sakı oğlu İbrahim. Kərkük doğumlu, 1284/H. 15.11.1330, Qafqaz Cəbhəsi

4. Abbas oğlu Əli Qalib Əfəndi. Kərkük, 05.04.1334

5. Abdullah oğlu Muhamməd Əfəndi. Kərkük doğumlu, 12.11.1330, Qafqaz Cəbhəsi

6. Hacı Süleyman Siddiqoğlu. Kərkük, 1289/H.15.11.1330, Qafqaz Cəbhəsi

7. Muhəmməd oğlu Tofiq Əfəndi. Kərkük doğumlu, 15.11.1330, Qafqaz Cəbhəsi

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir