Arxiv
5 Sentyabr 2009, 12:29 | MÜSAHİBƏ
Ramiz Abutalıbov: “Heydər Əliyev Fondunun Moskva filialı çox böyük işlər görür”

Ramiz Abutalıbovun təqdimata ehtiyacı yoxdu. Uzun illər YUNESKO-nun rəhbərliyində çalışan bu soydaşımız indi  təqaüddədir və Moskvada yaşayır. Vaxt tapan kimi qısa müddətdə Azərbaycana gəlır. Bu dəfəki gəlişində  o, Modern.az-ın qonağı oldu. Fürsətdən istifadə edib tanınmış ictimai xadimə bir neçə sualla müraciət etdik.

-        Uzun illərdir Moskvada yaşayırsınız. Oradakı Azərbaycan diasporunun fəaliyyəti sizi qane edirmi və diaspor təşkilatları ilə necə işləyirsiniz?

-        Son 5 ildə Moskvada Azərbaycanla bağlı 40-a yaxın kitab çap olunub və onların 12-də təşəbbüskar, iştirakçı olmuşam. Bu kitablara misal olaraq, Aydın Balayevin “Fevral inqilabı və əyalətlər. 1918-ci il mart hadisələri”, Çingiz Hüseynovun “Bitməmiş məktub”, İlqar Məmmədovla Tofiq Musayevin “Erməni -Azərbaycan münaqişəsi: tarix, hüquq, vasitəçilik”i göstərə bilərəm. Əlavə olaraq qeyd edim ki, mənim Parisdə “İllər və görüşlər” , “Özgələr yanında doğma, doğmalar yanında özgə” adlı məqalələrim dərc olunub. Qeyd edim ki, Moskvada Azərbaycanla bağlı kitabların çap edilməsində Heydər Əliyev Fondunun  Moskva filialı çox böyük işlər görür. Eləcə də Moskvadakı iş adamları olan soydaşlarımız bu işdə kömək edirlər. Bilirsiniz, Avropa və Amerikaya baxanda Moskvada təbliğat daha güclüdür. Çünki uzun illər bu şəhər bizim də tərkibində olduğumuz keçmiş SSRİ-nin paytaxtı olub, dil yaxınlığımız var, əlaqələrimiz genişdir. Moskvaya Bakıdan gedib-gəlmək də çox rahatdır. Bunların hamısı diasporun fəaliyyəti üçün əsas amillərdir. Moskvada “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti var və mən də onun işlərində daha yaxından iştirak edirəm. Əsas fəaliyyətimiz Azərbaycan tarixi ilə bağlı yerli əhalini və həmyerlilərimizi müxtəlif  istiqamətlərdə maarifləndirməkdir.  Sonda bir şeyi də qeyd edim ki,  Rusiyada ən güclü diaspor Azərbaycan diasporudur.

-        Azərbaycanın dünya səviyyəsində təbliği sizi qane edirmi, bununla bağlı hansı təklifləriniz var?

-        Bu gün Azərbaycan daha çox dünyaya öz kitabları və mədəniyyəti ilə çıxa bilir. Əvəllər hər hansı bir azərbaycanlı müğənnin  Avropada yaşayan həmvətənlisinə konsert verməsi mümkün deyildi. İndi bu sahədə heç bir problem yoxdu. Nə təklif edə bilərəm, fəaliyyətimizi daha da genişləndirməliyik və bu sahəyə maddiyatı gücləndirmək lazımdır. Çünki bu gün, məsələn, bir çox kitabın çap olunub dünyada yayılması üçün maliyyə çox vacibdir.

-        Ramiz müəllim, bu günkü gənclərin səviyyəsini necə qiymətləndirirsiniz va onlara nəyi tövsiyyə edərdiniz?

-        Adını unutduğum bir müdrik deyir ki, “insan ömrünün birinci yarısında yaşlıları tənqid edir, ikinci yarısında isə gəncləri”. Azərbaycan gəncliyi öz tarixini və tarixi şəxsiyyətlərini tanımalıdır. Gənclik bilməlidir ki, ümumbəşəri dəyərlər digər ölkələrdən daha çox bizə əzizdir. Bizim tarixi Azərbaycan Demokratik Cümhuriyyətini hər zaman təbliğ etmək lazımdır. Məsələn, mən yaxın zamanlarda bilmişəm ki, 1918-ci ildə ADR elan olunmamışdan əvvəl Şaumyanın dəstəsi ilə ADR-çilər arasında Göyçay yaxınlığında döyüş olub. Döyüşü biz qazanandan sonra Tiflisə xəbər gödərilib ki, artıq ADR-i elan edə bilərik. Amma bir şeyi də deyim, gənclərə bunların zorla öyrədilməsini istəmirəm. Rəsulzadəni hər kəs özü tapmalıdır. Bir də bizim gəncliyin formalaşmasında müxtəlif amillər var ki, bunları qeyd etmək istərdim. Məsələn, “Elin dərdinə qalan kor olar” fikri. Burdan belə çıxır ki, heç kəs elinin dərdinə qalmasın. Mən bu atalar sözünün əleyhinəyəm. Uşaq vaxtı anam deyirdi ki, erməni və yəhudiləri döyməyin, çünki onların şahları olmayıb. Amma bizim Şah Abbasımız olub. Tarix boyu İran kimi bir ölkə ilə daim sərhəddə yaşamaq və onların əsarətində olmaq bu gün özünü büruzə verir. Bundan əlavə, Azərbaycanda kitablar çox bahadır və  kitaba marağın azalmasının bir səbəbi də budur. İstərdim ki, gənclərə kitab oxuma mədəniyyəti hər zaman təbliğ edilsin.

-        Təqaüdə çıxanda demisiniz ki, ADR-lə bağlı sizdə olan araşdırma arxivini milli arxivə verəcəksiniz. Bunu etdinizmi və hələ də heç kəsə vermədiyiniz materiallar qalıbmı?

-        Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər Topçubaşovla, Ceyhun bəy Hacıbəylinin oğlu Timurçinlə, Ümmülbanu xanımla, Əli bəy Hüseynzadənin oğlu Səlim Turanla və başqaları ilə Parisdə görüşərək onlardan arxivləri əldə etdim. Bundan başqa Fransanın Xarici İşlər Nazirliyində olan ADR-lə bağlı arxivi əldə etmişəm. Bu zəngin arxiv sənədlərini Bakıdakı Ədəbiyyat və İncəsənət Arxivinə təhvil vermişəm. Arxivə verdiyim Məmməd Əmin Rəsulzadənin Ceyhun bəy Hacıbəyliyə yazdığı 55 məktubu heç kəs araşdırmır və heç kəsin marağında deyil. Bu, biganəlikdir.

 

Rövşən Nəcəfov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20 Manat və dolların sabahkı məzənnəsi 16 İyul 2019, 17:05 Rövşən Rzayev vətəndaşları qəbul etdi 16 İyul 2019, 16:59 Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi 16 İyul 2019, 16:54 Türk alimləri süni ürək və qaraciyər hazırlayır 16 İyul 2019, 16:43 Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA 16 İyul 2019, 16:42 Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi 16 İyul 2019, 16:35 Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü 16 İyul 2019, 16:32 51 abituriyentin qiymətində dəyişiklik edildi 16 İyul 2019, 16:31 “Ermənilər görəcəklər ki, bu bikar söhbətlərdir” - Deputatlardan Konqresin qərarını REAKSİYA 16 İyul 2019, 16:18 "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı 16 İyul 2019, 16:11 Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır 16 İyul 2019, 16:06 Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü   16 İyul 2019, 15:57 Zakir Həsənov hərbi hissələri yoxladı - FOTOLAR 16 İyul 2019, 15:30 Sabahın hava PROQNOZU 16 İyul 2019, 15:12 Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat YAYDI 16 İyul 2019, 15:07 İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi   16 İyul 2019, 14:46 Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb 16 İyul 2019, 14:37 “Qarabağ” Donald Geryeylə yollarını ayırdı 16 İyul 2019, 14:35 Boşluqdan qaçışa çağırış 16 İyul 2019, 14:20 Polis veteranları 2564 cinayətin açılmasında iştirak ediblər 16 İyul 2019, 14:16