Modern.az

Aysəba Mirzəyeva: "Əcnəbi tələbələr Qarabağ məsələsində Azərbaycanla həmrəyliyini bəyan etdilər"

Aysəba Mirzəyeva: "Əcnəbi tələbələr Qarabağ məsələsində Azərbaycanla həmrəyliyini bəyan etdilər"

2 İyun 2011, 15:48


Xəbər verildiyi kimi, mayın 31-də Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə Azərbaycanda təhsil alan xarici tələbələrin I Ümumrespublika Forumunu keçirdi.
Forum cəmiyyətin, o cümlədən Azərbaycanda təhsil alan xarici tələbələrin böyük diqqət və marağına səbəb olub. Bu barədə BBTK-nın sədri Aysəba Mirzəyeva məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə keçirilən forumda 20 ölkəni təmsil edən tələbələr iştirak edib: “Forumun keçirilməsində əsas məqsədimiz Azərbaycanda olan əcnəbi tələbələrin davamlı birliyinə nail olmaq, müvəqqəti Azərbaycan sakini olan çoxlu sayda əcnəbi gəncə Azərbaycan dövlətinin verdiyi önəmi vurğulamaq, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici tələbə potensialından düzgün istifadəni təmin etməkdir. Forumda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, Xəzər Universitetlərində təhsil alan xarici tələbələr, eləcə də ölkəmizdə könüllü xidmət göstərən Avropa və Amerikalı gənclər iştirak etdilər. Forum Azərbaycan cəmiyyəti, ölkəmizdə təhsil alan xarici tələbələrin diqqət və marağına səbəb oldu. Deyə bilərik ki, Forum uğurla başa çatdı. Qeyd etmək istərdim ki, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri yaxından iştirak etdilər. Bakı Dövlət Universiteti Forumda xüsusilə fərqləndi”.

A.Mirzəyeva Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri, millət vəkili Fuad Muradovun, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi, millət vəkili Rövşən Rzayevin, Qaçqınların və Məcburi Köçkünlər İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sənan Hüseynovun və digər rəsmi şəxslərin Foruma qatılmalarını təbirin çox ciddi əhəmiyyət kəsb etdiyindən xəbər verdiyini bildirdi: “Millət vəkillərinin və dövlət rəsmilərinin iştirakı Forumun əhəmiyyətini daha da artırdı. Onların çıxışı xarici tələbələr tərəfindən diqqətlə izlənildi”.

Forum iştirakçılarının birgə qəbul etdiyi Bəyannamədə Azərbaycanın problemlərinin də öz əksini tapmasını A.Mirzəyeva tədbirin uğurlarından saydığını düşünür: “Forum iştirakçıları rəsmi hissənin sonunda birgə Bəyannamə imzaladılar. Həmin Bəyannamədə bir çox məqamlarla yanaşı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi də  yer alıb. Azərbaycanda təhsil alan əcnəbi tələbələr ölkənin bütün problemlərinin həllində, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsində Azərbaycan xalqı ilə həmrəy olduqlarını ifadə edirlər. Onlar dünyanın fövqəlgüc ölkələri, münaqişələrin həllinə cavabdeh olan beynəlxalq qurumlar qarşısında Dağlıq Qarabağ məsələsinin təcili həll edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması barədə arzularını ifadə edirlər. Bəyannamə Beynəlxalq Təşkilatlara, o cümlədən dünyanın müxtəlif beynəlxalq tələbə şəbəkələrinə, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslara da göndəriləcək. Məncə, bu çox uğurlu bir nəticədir”.

Gələcəkdə görüləcək işlərdən danışarkən A.Mirzəyeva əvvəlcə Forumda qaldırılan problemlərin, əldə olunan nəticələrin təhlil olunacağını, xarici tələbələrin qarşılaşdığı problemlərlə, təkliflərlə bağlı müvafiq dövlət qurumlar qarşısında məsələ qaldırılacağını söylədi: “Biz bu Forumun nəticələrini geniş təhlil edib müvafiq qurumlarla müraciətlər ünvanlayacağıq. Tədbirdə öz fəallığı ilə seçilən xarici tələbələri Bakı Beynəlxalq Tələbə Klubunun fəaliyyətinə cəlb edəcəyik. Çalışacağıq ki, gələcəkdə tələbə şəbəkəmizi daha da genişləndirək, koordinasiya işlərimizi gücləndirək. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha yaxşı çatdırmaq üçün xarici tələbələrin ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən qaçqın və məcburi köçkünlər məskunlaşan qəsəbələrə, cəbhəyanı rayonlara ardıcıl səfərlərini təşkil etməyi nəzərdə tutmuşuq”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür