Modern.az

Bakıdakı "Zəngi" liseyi I sinfə şagird qəbulu elan edib

Bakıdakı "Zəngi" liseyi I sinfə şagird qəbulu elan edib

Təhsil

2 İyun 2011, 17:36

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən "Zəngi" liseyi
2011- 2012-ci tədris ili üçün azərbaycan və rus bölmələri üzrə I sinfə şagird qəbulu elan edib.

Təhsil ocağından Modern.az-a bildirilib ki, liseyə şagird qəbulu müsabiqə yolu ilə iki mərhələdə iyul və avqust aylarında fərdi müsahibə və psixo-diaqnostik testlər keçirilməklə aparılır.

1 sinfə cari ilin oktyabr ayının sonuna qədər 6 yaşı tamam olmuş uşaqlar qəbul
olunur. Sənədlərin qəbulu iyun ayının 16-dan 31-dək I-V günlər
saat 1000-1300-a dək qəbul olunur.

Qeydiyyat üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

Doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surəti:

Saglamlıq haqqında arayış;
3x4 ölçüdə 4 fotoşəkil.

(Əlavə məlumat üçün telefon: 421-21-95.
Ünvan: Bakı şəhəri, 8 km qəsəbəsi, Məhsəti küç. 1.)

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü