Modern.az

Deputat seçicilərlə yenidən görüşdü (FOTOLAR)

 Deputat seçicilərlə yenidən görüşdü (FOTOLAR)

3 İyun 2011, 10:58

İyun ayının 2-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfər edib. İsmayıllıdakı ofisində sakinləri qəbul edən deputatla görüşə gələn seçicilərin müraciətləri əsasən müalicəyə köməklik, torpaq sahəsi və işlə təminat, sosial, maddi və humanitar yardımlar barəsində olub.

Qəbula gələnlərin hamısını qəbul edən millət vəkili bildirib ki, müraciətlərə əsasən müvafiq işlərin görülməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciətlər ediləcək və məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacaq. Bu günə kimi edilən müraciətlərin böyük əksəriyyəti icraata yönəldilib və icrası millət vəkilinin nəzarətindədir.

Bəzi sakinlər bildiriblər ki, tibbi əməliyyatlara ehtiyac var və bu əməliyyatlar üçün böyük məbləğ tələb olunur. Buynuz kənd sakini Amil Həsənov uşağının skolioz xəstəlindən əziyyət çəkdiyini və bunun üçün əməliyyata ehtiyacı olduğunu bildirib. Həmin əməliyyatın xarici dövlətlərin birində ediləcəyini nəzərə çatdıraraq maddi yardıma ehtiyacı olduğunu önə çəkmişdi. Novruz Aslanov öz növbəsində bu əməliyyata tələb olunan məbləğin bir hissəsinin verilməsini öz üzərinə götürüb.

“Belə müraciətlər tez-tez olur və N.Aslanov imkanı daxilində bu xəstələrə yardımlar edir.

Məlumat üçün bildirək ki, keçən həftənin 4-cü günü, yəni mayın 26-da Novruz Aslanov Budapeşt şəhərində işgüzar səfərdə olduğu üçün iş qrafikinə uyğun olaraq seçicilərlə görüşə bilməmişdir. Həmin gün qəbula gəlmiş seçicilər ərizə yazaraq deputatın köməkçisinə təqdim etmişlər. Hazırda həmin ərizələrə də aidiyyəti üzrə baxılır”-deyə deputatın qərargahından bildirilib. 

Bəzi müraciətləri nəzərinizə çatdırırıq:

1. Qurbanova Zeynəb - Uştalqışlaq kəndi, şəhid ailəsidir, evi uçub tikinti üçün 

    materiallarının  alınmasina köməklik .

2. Səfərov Teymur -  Soltankənd kəndi, oğlunun  işlə təmin olunmasına köməklik .

3. Eyyubova İlahə -II Yeniyol kəndi, evi sürüşmə zonasındadır, köməklik istəyir, müvafiq

   çadırla təmin edilib.

4. Məhərrəmov  İsmayıl - Basqal qəsəbəsi, uşağının iki gözü görmür, sosial yardım almasına

   köməklik.

5. Mirzəyeva Əminə - İsmayıllı şəhəri,  qızı ruhi xəstədir, humanitar yardım.

6. Ələsgərova Zülfiyyə - Yuxarı Zərnəva  kəndi, sosial yardım alınmasına köməklik.

7. Canəliyeva Səlmi - İsmayıllı şəhəri,  təqaüd məsələsi.

8. Həsənov Amil -Buynuz kəndi,  uşağının əməliyyat olunmasına maddi yardım-nəzərdə

   tutulub.

9.Məhərrəmov Elcin -Soltankənd kəndi, uşağının gözləri xəstədir, əməliyyat olunmasına

   köməklik. -“Silamik” klinikasının müdiri ilə əlaqə saxlanıldı.

10. Əlyarova Ədibə -İsmayıllı şəhəri, şəhid ailəsidir, gələcəkdə övladı ali məktəbə qəbul  

     olarsa təhsil haqqı ödənilməsinə köməklik.

11. Mahmudova Rübabə -İsmayıllı şəhəri, şəhid ailəsidir, gələcəkdə övladı ali məktəbə qəbul

     olarsa təhsil haqqının ödənilməsinə köməklik.

12. Mürsəliyeva  Aybəniz - İsmayıllı şəhəri, həyətyanı torpaq sahəsinə su çəkilməsinə

      köməklik .

13. Eldarov Sahab -İsmayıllı şəhəri, torpaq sahəsinin sənədləşdirilməsinə köməklik .

14. Səlimova Əminə - Mican kəndi, oğlunun qətli ilə bağlı Azərbaycanın Qazaxıstandakı

     səfirinə müraciət etmək.

15. Babayeva Rəfiqə-İsmayıllı şəhəri, sosial yardımım verilməsinə köməklik.

16. Ələkbərova Ruqiyyə -Basqal qəsəbəsi, müalicəyə köməklik.

17. Osmanli Əli -İsmayıllı şəhəri, mülki problem məsələsi.

18. Balakişiyeva Aybəniz - Mican kəndi, təbii qazın verilməsinə köməklik.

19. Baxışov Tərxan -Mican kəndi, işlə təmin olunmasına köməklik.









Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub